İSLAMOĞLU UN MƏMULATLARI

“İslamoğlu Un Məmulatları” 2015-ci ildən başlayaraq sizin üçün xidmət göstərir. Bakı şəhəri başda olmaqla bölgələrimizdə tanınaraq, ölkənin hər bir nöqtəsinə şirniyyatlarını çatdırmağı bacarmışdır. Tez bir zamanda bu qədər sevilməyimizi gördüyümüz işlərə borcluyuq. Müştəri məmnuniyyətini əldə etmək üçün şərt olaraq: keyfiyyətli məhsul, xoş görünüm, halallıq, daim yenilik və inkişaf təyin etmişik.

30 ton
illik məhsul
14+
məhsul çeşidi
40+
partnyor
5 illik
peşəkar təcrübə
MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

Şirniyyat və şokoladlarımızın üstünlükləri dadlı olması, gigiyenik qaydalara əməl edilərək  hazırlaması və halallığa verdiyimiz dəyərdir. Peşəkar şirniyyatçılarımızın nəzarətində hazırlanan məhsullarımıza tam zəmanət verərək, rahat, güvənli şəkildə sizə təqdim edirik.

Daim yenilənən məhsul çeşitlərimiz milli və dünya mətbəxindən bəhrələnir. Bizim üçün müştəri doğmamız, yaxınımızdır. Sizi qazanmaq və bizdən razı qalmağınız üçün əlimizdən gələni edirik. Xoş günlərimizin əvəzedilməsi olan şirniyyat və şokoladlarımız sizin süfrənizin bəzəyi olacaqdır. Ad günlərinizi, toylarınızı, korporativ tədbirlərinizi bizim məhsullarımızla bəzəyə bilərsiniz. Bu xoş günlərinizi “İslamoğlu Un Məmulatları”nın təamları ilə dadlandırmağınızı tövsiyə edirik. Biz dadımıza güvənirik!